Reklam resmi
Reklam resmi

Hindistanda naməlum yırtıcı kişini PARÇALAYIB

Hindistanda naməlum yırtıcı kişini PARÇALAYIB
Dünya

Hindistanda meşəyə gedən 60 yaşlı kişi naməlum yırtıcının hücumuna məruz qalıb. Onun qismən yeyilmiş meyiti bir gün sonra aşkarlanıb.

Ajans.az xəbər verir ki, bu barədə The New Indian Express nəşri məlumat yayıb.

Məlumata görə, 60 yaşlı Velliangiri iyunun 27-də tamarind meyvəsi toplamaq üçün meşəyə yollanıb. O, axşam saatlarınadək evə qayıtmayınca yaxınları onun axtarışına başlayıblar.

Havanın qaralması və zəif görünmə səbəbindən axtarışlar gecə dayandırılıb. Kişinin meyiti ertəsi gün, iyunun 28-də yerli vaxtla saat 13:30 radələrində sıx kolluqlar arasında aşkarlanıb.

İlkin məlumata görə, cəsədin bir hissəsi yırtıcı heyvan tərəfindən parçalanıb və yeyilib. Lakin hücumun hansı vəhşi heyvan tərəfindən törədildiyi hələ müəyyənləşdirilməyib.

Bildirilib ki, yağan güclü yağış heyvanın izlərini yuyub apardığı üçün meşə mühafizəçiləri hücumun pələng, yoxsa bəbir tərəfindən həyata keçirildiyini müəyyən edə bilməyiblər.

Yerli hakimiyyət orqanları yırtıcının izinə düşmək məqsədilə hadisə baş verən ərazidə müşahidə kameraları və xüsusi tələlər quraşdıracaqlar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan qətl heyvan

Digər Xəbərlər