Reklam resmi
Reklam resmi

Dünya Kuboku şənliyi faciə ilə nəticələnib: 3 nəfər boğularaq ÖLDÜ

Dünya Kuboku şənliyi faciə ilə nəticələnib: 3 nəfər boğularaq ÖLDÜ
Dünya

Meksikanın paytaxtı Mexiko şəhərində Dünya Kubokunda qazanılan qələbənin qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində üç nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilib ki, minlərlə azarkeş Meksika millisinin Dünya Kubokundakı qələbəsini qeyd etmək üçün şəhər mərkəzinə toplaşıb. İzdiham zamanı üç nəfər boğularaq ölüb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, reanimasiya tədbirlərinə baxmayaraq, 44 yaşlı kişi və 19 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Üçüncü qurban – 48 yaşlı qadın izdihamdan sonra yaxınlıqdakı küçədə tibbi yardım alıb, lakin daha sonra xəstəxanada vəfat edib.

Hadisə Meksika millisinin Ekvador üzərində qələbəsindən sonra azarkeşlərin kütləvi şəkildə küçələrə çıxması zamanı baş verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya Kuboku Meksika

Digər Xəbərlər