Bu ölkədə bir ayda 1000-dən çox insan istidən HƏYATINI İTİRİB
İspaniyada 2026-cı ilin iyun ayında müşahidə olunan güclü isti hava dalğaları nəticəsində 1000-dən çox insan həyatını itirib.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin gündəlik ölüm monitorinq sistemi məlumat yayıb.
Bundan əvvəl El País qəzeti ilkin statistikaya əsasən, isti hava ilə əlaqədar 900-ə yaxın ölüm halının qeydə alındığını bildirmişdi. Son məlumatlara görə isə bu göstərici 1000-i ötüb.
İspaniya Dövlət Meteorologiya Agentliyinin məlumatına əsasən, iyun ayında ölkənin materik hissəsində orta hava temperaturu 23,2 dərəcə təşkil edib. Bu, 1961-ci ildən bəri qeydə alınan ikinci ən isti iyun ayıdır. Rekord göstərici isə 2025-ci ilin iyun ayında qeydə alınıb. Həmin vaxt orta temperatur 23,6 dərəcə olub.
Qeyd edək ki, İspaniyada yüksək temperaturla bağlı ölüm hallarının monitorinqi 2015-ci ildən aparılır. İndiyədək ən yüksək göstərici 2017-ci ildə qeydə alınmışdı və həmin il isti hava ilə əlaqədar təxminən 1000 nəfər ölmüşdü.
Hazırda ölkənin bir sıra bölgələrində temperaturun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar meteoroloji xidmət yenidən yüksək temperaturla bağlı xəbərdarlıq edib.