Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 157,6 milyon ABŞ dolları təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, iyunun 1-i ilə müqayisədə 3,5 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 14,3 %, son 1 ildə isə 18 % artıb.
Mövzular: