Reklam resmi
Reklam resmi

ABŞ-nin Rusiyanı aldatdığını iddia edən sənəd dərc olundu-FOTO

ABŞ-nin Rusiyanı aldatdığını iddia edən sənəd dərc olundu-FOTO
Dünya

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov ABŞ-ın Rusiyanı aldatdığını iddia etdiyi sənədi ictimaiyyətə təqdim edib.

Ajans.az xəbər verir ki, senator bununla bağlı paylaşımı Telegram kanalında edib.

Puşkovun dərc etdiyi sənəddə ABŞ-nin keçmiş dövlət katibi Ceyms Beykerin 1990-cı ildə SSRİ-nin son prezidenti Mixail Qorbaçovla görüşü zamanı NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı verdiyi deyilən vədə istinad olunur.

Sənəddə belə bir ifadə yer alır:

"Əgər Almaniyanın NATO-ya daxil olan hissəsində hərbi mövcudluğumuzu qorusaq, NATO-nun yurisdiksiyası şərqə doğru bir düym belə genişlənməyəcək."

Puşkov bildirib ki, bu sənəd ABŞ-nin sonradan verdiyi vədlərə əməl etmədiyini göstərir. Onun sözlərinə görə, cəmi üç il sonra Vaşinqton NATO-nun şərqə doğru genişləndirilməsi ilə bağlı planlar hazırlamağa başlayıb.

Qeyd edək ki, ABŞ və NATO rəsmiləri uzun illərdir Moskvanın bu iddialarını qəbul etmir və bildirirlər ki, NATO-nun genişlənməməsi ilə bağlı hüquqi qüvvəyə malik öhdəlik heç vaxt mövcud olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya ABŞ

Digər Xəbərlər