Reklam resmi
Reklam resmi

Rusiyanın əsas tərəfdaşlarıından SƏRT QƏRAR

Rusiyanın əsas tərəfdaşlarıından SƏRT QƏRAR
Dünya

Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərində banklar Rusiya rublunun nağd pulunun qəbulu şərtlərini sərtləşdirməyə başlayıblar.

Ajans.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Kanal bildirib ki, “dost" ölkələr”dəki maliyyə qurumları Rusiya valyutası ilə bağlı iş prosedurlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıblar:

“Ermənistanın bank sistemi rublla işləmə tərzində önəmli dəyişiklik yaşayır.

Bəzi yerli banklar hesablara vəsait yatırmaq da daxil olmaqla, Rusiya rublu ilə nağd əməliyyatları tamamilə dayandırıblar. Rublla nağdsız hesablaşmalar əvvəlki şərtlər altında, əlavə məhdudiyyətlər olmadan həyata keçirilir. Belarusda “Alfa-Bank”, “Belarusbank”, “Sberbank” və digərləri də daxil olmaqla 8-dən çox bank nağd rublun depozit edilməsi üçün 2-5 faiz komissiya təyin edib.

Qazaxıstanda Mərkəzi Kredit Bankı (CKB) rublun nağd şəkildə (kassa aparatları, terminallar və bankomatlar vasitəsilə) qəbul edilməsi üçün 5 faiz komissiya haqqı müəyyən edib. Qırğızıstanda “EcoIslamicbank” SWIFT köçürmələri üçün eyni – 5 faiz komissiya haqqı təyin edib. Maliyyə ekspertləri bildirirlər ki, bu cür sərtləşmə Rusiya valyutasına qarşı beynəlxalq sanksiyalar və rublla işləyən banklar üçün artan risklərlə bağlıdır.

Banklar nağd rublun beynəlxalq bazarlarda satılması və ya dəyişdirilməsi daha çətin və baha başa gəldiyindən seyflərində yığılan nağd rublu azaltmağa çalışırlar”. 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Belarus Ermənistan Qırğızıstan Qazaxıstan

Digər Xəbərlər