Reklam resmi
Reklam resmi

Almaniya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Almaniya vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Dünya

Almaniya Xarici İşlər Nazirliyi Rusiyaya səfərlə bağlı tövsiyələrini sərtləşdirərək öz vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Ajans.az xəbər verir ki, nazirliyin yenilənmiş tövsiyələri artıq təkcə Ukrayna ilə həmsərhəd bölgələrə deyil, Rusiyanın bütün ərazisinə şamil edilir.

Bildirilib ki, pilotsuz uçuş aparatlarının hücumu riski ölkənin bütün bölgələrində qalmaqdadır. Xüsusilə Moskva, Sankt-Peterburq və Leninqrad vilayətində son aylarda dron hücumlarının intensivləşdiyi vurğulanıb.

Nazirlik qeyd edib ki, Moskva ətrafında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə baxmayaraq, dronların və onların qalıqlarının düşməsi nəticəsində ciddi ziyan halları qeydə alınıb.

Berlin ən riskli bölgələr sırasında Belqorod, Bryansk, Kursk, Voronej və Rostov vilayətlərini, həmçinin Krasnodar diyarını göstərib.

Almaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik vəziyyəti qısa müddətdə daha da pisləşə bilər. Eyni zamanda, dron hücumları səbəbindən hava limanlarında tətbiq olunan məhdudiyyətlərin uçuşların gecikməsi və ləğvinə səbəb olduğu, bəzi bölgələrdə isə yanacaq təchizatında problemlərin yarandığı bildirilib.

Nazirlik Almaniya vətəndaşlarına və ikili Almaniya-Rusiya vətəndaşlığına malik şəxslərə özbaşına saxlanılma riski və konsulluq yardımının məhdud ola biləcəyi barədə də xəbərdarlıq edib. Rusiyada qalan vətəndaşlara izdihamlı yerlərdən uzaq durmaq, rəsmi təhlükəsizlik xəbərdarlıqlarını izləmək və böhran vəziyyətləri üçün nəzərdə tutulmuş ELEFAND qeydiyyat sistemində qeydiyyatdan keçmək tövsiyə olunub.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ Dövlət Departamenti də Rusiyaya səfərlə bağlı 4-cü – ən yüksək səviyyəli xəbərdarlığı qüvvədə saxlayaraq, ABŞ vətəndaşlarına ölkəyə səfər etməməyi, Rusiyada olanlara isə mümkün qədər tez ölkəni tərk etməyi tövsiyə etmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Rusiya

Digər Xəbərlər