Reklam resmi
Reklam resmi

İranda 850 məhbus Xameneinin vida mərasimləri münasibətilə azadlığa buraxılacaq

İranda 850 məhbus Xameneinin vida mərasimləri münasibətilə azadlığa buraxılacaq
Dünya

İran hakimiyyəti mərhum Ali Rəhbər Əli Xamenei ilə vida mərasimləri ərəfəsində yüngül cinayətlərə görə məhkum olunmuş ən azı 850 nəfərin əfv ediləcəyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə Tasnim agentliyi İranın Maliyyə Kompensasiyası üzrə Xalq Qərargahının Himayəçilər Şurasının sədri Seyid Əsədullah Cülayiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkənin bütün 31 əyalətindən təqdim olunan işlərə baxıldıqdan sonra maliyyə öhdəliklərinə görə həbs edilmiş 520 nəfərin, həmçinin aliment və nikah müqavilələri ilə bağlı işlər üzrə məhkum olunmuş 330 nəfərin azadlığa buraxılması qərara alınıb.

Bildirilib ki, bununla bağlı qərar dövlət və ictimai qurumların nümayəndələrinin iştirakı ilə keçirilən xüsusi iclasda qəbul edilib.

Əli Xamenei ilə vida mərasimlərinin iyulun 3-də Tehranda başlanacağı gözlənilir. Mərasimlərdə 30-dan çox ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Məlumata görə, iyulun 4–5-də mərhum liderin cənazəsi Tehrandakı Mosalla kompleksində ictimai ziyarət üçün qoyulacaq. Daha sonra iyulun 6-da paytaxt küçələrində dəfn yürüşü keçiriləcək, cənazə isə iyulun 7-də dini mərasimlər üçün Qum şəhərinə aparılacaq. Dəfn mərasimlərinin yekun mərhələsinin iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Əli Xamenei İran

Digər Xəbərlər