Müharibəyə görə ölkələrini tərk edən ailə Amerikada öldü

Müharibəyə görə ölkələrini tərk edən ailə
Dünya 19-10-2024 - 16:22

ABŞ-də Helen qasırğası nəticəsində 2022-ci ildə Ukraynadan köçən bir ailənin bütün üzvləri ölüb.

Ajans.az xarici KİV-ə istinsadən xəbər verir ki,  ailə Rusiya-Ukrayna arasında başlanan müharibəyə görə Amerikaya köçübmüş. 

Qasırğa sentyabrın 27-də Şimali Karolinanın qərbindən keçib.  Fırtına zamanı South Toe çayı aramsız yağan yağış səbəbindən sahillərini aşıb və Rick Vibin ailəsinin evini dağıdıb. Bundan sonra 2022-ci ilin aprelində Xerson vilayətindən təxliyə edilən Vibinin qardaşının ailəsi ( həyat yoldaşı və oğlu) həyatlarını itiriblər. 

Ukraynalı ailənin qalan üzvləri ( digər oğlu və gəlini)  itkin və ya ölmüş hesab edilir.

PAYLAŞ: