Moskva hava limanı uçuşlara məhdudiyyətləri ARADAN QALDIRDI

Moskva hava limanı uçuşlara məhdudiyyətləri
Moskva aeroport
Dünya 14-03-2025 - 10:38

Moskva və Kaluqa hava limanları pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə əlaqədar mövcud olan uçuş məhdudiyyətlərini ləğv edib.

Ajans.az xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako Telegram kanalında məlumat verib.

Paytaxtın Vnukovo və Kaluqanın Qrabtsevo hava limanları martın 14-də saat 07:27-də fəaliyyətini bərpa edib. Məhdudiyyətlər dövründə Moskvaya uçan yeddi təyyarə alternativ aerodromlara yönləndirilib.

Onlardan dördünün alternativ aerodromda eniş etdiyi, digər üç təyyarənin pilotlarının buna baxmayaraq təyinat hava limanına enməyə qərar verdiyi qeyd edilir.

“Xalça” planı martın 14-də səhər tezdən Moskva və Kaluqada təqdim edilib. Bu zaman Ukrayna Silahlı Qüvvələri paytaxta və bölgəyə daha bir pilotsuz təyyarə hücumu həyata keçirib. Bir neçə PUA-nın qalıqları çoxmənzilli binaların və fərdi yaşayış evlərinin üzərinə düşüb.

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: