NATO-nun baş katibi Trampla görüşə gedir
NATO-nun baş katibi Mark Rutte yaxın vaxtlarda ABŞ-a səfər edərək Ukraynadakı müharibəni müzakirə etmək üçün yeni seçilmiş prezident Donald Trampla görüşə bilər.
Ajans.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən yazıb.
Qəzet yazır: “Rutte tezliklə Trampın iqamətgahına baş çəkərək, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar strategiyasını müzakirə edəcək”.
Xatırladaq ki, noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Tramp Ukraynada müharibəyə son qoymaq niyyətində olduğunu bəyan edib.