ABŞ-da daha bir təyyarə qəzası
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarə yaşayış binasına çırpılıb.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təyyarənin sahibi olan "Jet Rescue Air Ambulance" şirkəti məlumat yayıb.
Bildirilir ki, təyyarədə dörd ekipaj üzvü və iki sərnişin - bir xəstə və onu müşayiət edən şəxs olub.
Şirkət hələlik sağ qalanlar barədə məlumat verə bilməyəcəyini və ailələrinə baş verənlər barədə məlumat verilməyənə qədər təyyarənin göyərtəsində olanların adlarının açıqlanmayacağını bildirib.
Məlumata görə, təyyarədə ABŞ-də müalicə olunduqdan sonra anasının müşayiəti ilə evə qayıdan Meksikadan olan bir qız olub.
Filadelfiya hava limanından havaya qalxan Learjet 55 təyyarəsi qəzaya uğramsı nəticəsində bir neçə ev və avtomobilə ziyan dəyib. Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.