İranda soyunaraq etiraz edən qadından XƏBƏR VAR
Məcburi örtünmə və geyim qaydalarına etiraz etmək üçün camaat arasında paltarını soyunan iranlı tələbə qız, Ahoo Daryei sərbəst buraxılıb.
Ajans.az xəbər verir ki, İran rəsmiləri tələbənin ittiham olunmayacağını bildirib.
Xatırladaq ki, ötən həftələrdə paytaxt Tehranda bir universitet tələbəsi məcburi örtünmə və geyim qaydalarına etiraz olaraq universitet şəhərciyində paltarını çıxarıb və İran polisi tərəfindən saxlanılıb. İran məhkəmə hakimiyyətinin sözçüsü qadının xəstəxanada müalicə olunduğunu və ailəsinə təhvil verildiyini bildirib.
“BBC”də yayımlanan xəbərə görə, tələbənin həbsi beynəlxalq aləmdə tənqid edilib, Beynəlxalq Amnistiya Təşkilatı onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edənlər arasında olub. “O, xəstəxanaya göndərildiyindən və xəstə olduğu məlum olandan sonra ailəsinə təhvil verilib. Və ona qarşı heç bir hüquqi iş açılmayıb", - sözçü Əsgər Cahangir bildirib.