İki britaniyalı diplomat Rusiyadan qovuldu

Dünya
10-03-2025 - 11:48
İki britaniyalı diplomat kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiyada akkreditasiyadan məhrum edilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya FTX-si məlumat yayıb.
Qeyd olunub ki, Böyük Britaniya səfirliyinin ikinci katibi və digər diplomatın həyat yoldaşı iki həftə ərzində Rusiyanı tərk etməlidir.