Həftə sonu uzun saatlar yatmaq buna görə XEYİRLİDİR - Onkoloq
Həftə sonları uzun yuxu depressiya riskini azaldır,
Ajans.az xəbər verir ki, bu barədə onkoloq Leonid Doronin məlumat verib. O, bu vərdişin sağlamlığa necə təsir etdiyini öz “Telegram” kanalında qiymətləndirib.
Həkimin sözlərinə görə, həftə sonları uzun yuxu ilə psixi sağlamlıq arasında əlaqə təxminən səkkiz min insanın iştirak etdiyi elmi təcrübə zamanı müəyyən edilib. “Ümumilikdə, həftə sonu daha uzun yatanlar emosional olaraq daha yaxşı hiss edirlər. Bir və ya iki saat daha çox yatan iştirakçılarda depressiya əlamətlərinin olma ehtimalı 38-46 faiz azalıb”, -deyə, həkim izah edib.