Ərdoğan "Yenidoğan şəbəkəsi"ndən danışdı
“Günahsız körpələrin həyatı ilə oynayan cinayətkarlar gün işığı görməyəcək”.
Ajans.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.
Hər kəsi dərindən sarsıdan, üzən, kədərləndirən, hər kəsin vicdanını qanayan dəstə əməliyyatının son vaxtlar gündəmdə olduğunu xatırladan Ərdoğan, əməliyyatın ölkə gündəminə yeni gəlsə də, istintaqın başlama tarixinin 1,5 il əvvəl olduğunu qeyd edib.
Məsul olanlar qətiyyətlə təqib edilir. Nəticədə Şəbəkə üzvləri haqqında edilən bir əməliyyatla həbs olunan 47 şübhəlidən 22-sinin istintaqı məhkəmə ölçüsündə davam edir.
Qeyd edək ki, Türkiyədə bir qrup yeni doğulan körpələri reanimasiya şöbəsinə keçirdərək, onları guya xəstə kimi göstərib, əslində isə qidalandırmadan saxlayıb canlarına qəsd ediblər. Bu cinayəti isə onlar həm ailələrindən, həm də dövlətdən sığorta pulu almaq üçün həyata keçiriblər.