Döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra ÖLDÜ

Döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra
Dünya 06-10-2024 - 21:47

Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Ordunun məlumatına görə, 8-ci briqadada xidmət edən ehtiyatda olan 28 yaşlı serjant Nir Hadad iyunun 15-də Qəzza zolağının şimalında gedən döyüş zamanı ağır yaralanıb.

İsrail Ordusu, həmçinin oktyabrın 6-da Qəzza zolağının şimalında baş verən toqquşmalarda daha üç əsgərin ağır yaralandığını bildirib. Onların hamısı xəstəxanaya yerləşdirilib.

PAYLAŞ: