Dərmansız da qan təzyiqini azaltmaq mümkündür!

Dərmansız da qan təzyiqini azaltmaq
Sağlamlıq 18-10-2024 - 20:39

Kardioloq Herman Qandelman qan təzyiqini həbsiz aşağı salmağın yolunu açıqlayıb.

Ajans.az xəbər verir ki, “Sağlam yaşa!” verilişinə müsahibə verən həkim deyib ki, kaliumla zəngin qidalar yemək qan təzyiqini aşağı salır. Tibb mütəxəssisi bildirib ki, qida rasionunda yüksək kalium olan qidaların olması qan təzyiqini beş millimetr civə qədər azaldır. Qandelman kaliumla zəngin qidalar kimi cəfəri, kərəviz, keşniş, quru ərik, pomidor və gavalı nümunə gətirib.

“Kalium bir natrium antaqonistidir, qan damarlarının divarlarının şişməsinə səbəb olur, bununla da qan təzyiqi yüksəlir və kalium istehlak etsək, bu baş vermir”, - deyə, kardioloq bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: