Cənubi Koreya bütün ordusunu səfərbər etdi - TƏCİLİ
Hərbi vəziyyətin tətbiq olunduğu Cənubi Koreyanın Müdafiə Nazirliyi bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığını artırmaq barədə göstəriş verib, həmçinin əsas komandirlərin iclasını çağırır.
Ajans.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, tədbir KXDR tərəfdarlarına qarşı mübarizə ilə bağlıdır.