Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ajans.az xəbər verir ki, bu barədə "Birinci kanal" məlumat yayıb.
Diplomatın XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır.
Qeyd edək ki, ötən gün Britaniya Gürcüstanın DİN rəhbəri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edib.