Naxçıvanda ilin ilk körpələri əkiz oldu

Naxçıvanda ilin ilk körpələri
Əkiz körpə
Cəmiyyət 01-01-2025 - 16:25

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

Ajans.az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub. Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

PAYLAŞ: