Zelenski Ukraynanın B planını AÇIQLADI
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyevin B planı var.
Ajans.az xəbər verir ki, o, bu barədə "telemarafon"un efirində danışıb.
Zelenski Ukraynanın B planını açıqlayıb və bildirib ki, Kiyev ölkədə prezident seçkilərindən sonra ABŞ siyasətində dəyişiklik gözləmək niyyətindədir.
“Ukraynaya yardımın əsas donoru ABŞ-dır. Seçkilərdən sonra onların siyasəti dəyişərsə, bu dəyişikliklər B planıdır. ABŞ siyasətinin özü bu müharibənin inkişafına və ya bu müharibənin sonunun inkişafına təsir göstərəcək”.