Yunanıstanda zəlzələ təşvişi

Yunanıstanda zəlzələ təşvişi
Dünya 15-02-2025 - 19:20

Son həftələrdə Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın daha bir adası- Niyozda da fövqəladə vəziyyət elan olunub.

 

Ajans.az xəbər verir ki, Yunanıstan tərəfindən verilən açıqlamada adada bu rejimin martın 14-dək davam edəcəyi, təlim-tədris sisteminə isə fevralın 17-dək ara verildiyi bildirilir.

 

Qeyd edək ki, son iki həftə ərzində Yunanıstanın Yamurqi, Anafiya və Santorini adalarında da fövqəladə hal elan edilmişdi.

PAYLAŞ: