Yanğına görə 12-ci mərtəbədən atlayan qız xəstəxanada öldü - VİDEO
Boluda Kartalkaya xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğında 12-ci mərtəbədən atlayaraq xilas olmağa çalışan Şevval Şahindən xəbər var.
Ajans.az Türkiyə KİV-ə istinadla bildirir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
"Reanimasiya şöbəsində müalicə alan Şahin gecə saatlarında dünyasını dəyişib", - KİV yazıb.
Qeyd edək ki, Boluda hoteldə baş verən yanğın nəticəsində 79 nəfər həyatını itirib.