Xarkovda yenə partlayış BAŞ VERDİ

Xarkovda yenə partlayış
Xarkov
Dünya 05-03-2025 - 15:37

Ukraynanın şərqində Xarkovda partlayış səsi eşidilib.

Ajans.az xəbər verir ki, bu barədə “Telegram”da "Obshchestvennoye" nəşri məlumat yayıb.

Partlayış bölgədə elan edilən hava hücumu xəbərdarlığı fonunda baş verib. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatına görə, Sumı vilayətində də sirenlər işləyir.

Partlayışla bağlı məlumatı Xarkov meri İqor Terekov təsdiqləyib. Onun sözlərinə görə, partlayış şəhərin Osnovyanski rayonunda baş verib. Nəticədə heç kim xəsarət almayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: