Xamenei komada deyilmiş - FOTO
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bazar günü səhhəti ilə bağlı davam edən fərziyyələri təkzib edib.
Ajans.az xəbər verir ki, o, İranın Livandakı səfiri Müctəba Əmani ilə görüş fotosunu X səhifəsində yerləşdirib. Bununla da komada olması ilə bağlı iddialara son qoyub.
“The New York Times” qəzeti Xameneinin ağır xəstə olduğunu və gizli şəkildə oğlu Müctəba Xameneyini ran rejiminin varisi adlandırdığını irəli sürmüşdü. Xameneinin ofisi açıqlamasında onun İran səfiri ilə görüşdüyünü təsdiqləyib.
ظهر امروز یکشنبه ۲۷ آبان ۱۴۰۳؛ دیدار و گفتوگو با آقای مجتبی امانی، سفیر جانباز جمهوری اسلامی ایران در لبنان pic.twitter.com/ctIRbi9bVA — KHAMENEI.IR | فارسی ???????? (@Khamenei_fa) November 17, 2024