Vəzərinin möcüzəvi faydası ÜZƏ ÇIXDI

Vəzəri (Peganum harmala) qədimdən bəri xalq təbabətində geniş istifadə edilən bir bitkidir. Bu bitki həm sağlamlığa faydalı xüsusiyyətləri, həm də mənfi enerjini uzaqlaşdırdığına dair inanclarla tanınır.
Ajans.az dünya mediasına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, vəzərinin tərkibindəki alkaloidlər antiseptik, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir.
Araşdırmalar göstərir ki, bu bitkinin dəmləməsi sinir sistemini sakitləşdirir, yuxusuzluğu aradan qaldırır və baş ağrılarını azaldır. Eyni zamanda, vəzərinin buxarı tənəffüs yollarını açır və qrip, soyuqdəymə zamanı müalicəvi təsir göstərə bilər.
Bundan əlavə, vəzəri xalq arasında evdə mənfi enerjini neytrallaşdırmaq və pis gözə qarşı qoruyucu vasitə kimi də istifadə olunur. Evdə qurudulmuş vəzəri yandırmaq havanı təmizləyir və xoş qoxu yaradır.
Vəzərinin digər faydaları:
Baş ağrısı və miqren – Sakitləşdirici və ağrıkəsici təsir göstərir.
Yuxusuzluq və stress – Sinir sistemini sakitləşdirir.
Qrip və soyuqdəymə – Tənəffüs yollarını açır, iltihabı azaldır.
Oynaqlarda ağrı və revmatizm – İltihabəleyhinə təsir edir.
Mədə-bağırsaq problemləri – Həzm sistemini tənzimləyir.
Dəri infeksiyaları və yaralar – Antiseptik xüsusiyyətlərə malikdir.
Pis enerji və mənfi təsirlər – Xalq təbabətində qoruyucu vasitə kimi istifadə olunur.