Bunları etmək ömrünüzü 10 il artıracaq
Endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova amerikalı alimlərin araşdırmalarına istinadən bildirib ki, orta templə gündəlik gəzintilər ömrünüzü 10 il uzatmağa kömək edəcək.
Ajans.az xəbər verir ki, onun tövsiyələrini “Rossiyskaya qazeta” yayıb.
Pavlovanın sözlərinə görə, saatda ən azı 4,8 kilometr sürətlə, yəni orta templə yerimək lazımdır. Belə gəzintilərin müddəti gündə ən azı iki saat olmalıdır.
Endokrinoloq gəzməyi sağlamlığı qorumağın ən əlçatan və eyni zamanda zövqlü yollarından biri adlandırıb. Həkim qeyd edib ki, hər hansı digər orta fiziki fəaliyyət kimi yerimək də ürək-damar xəstəlikləri riskini azaltmağa, əzələləri gücləndirməyə və normal çəki saxlamağa kömək edir.
Bundan əlavə, həkimin qeyd etdiyi kimi, müntəzəm gəzintilər bel ağrılarının qarşısını almaq və stressi aradan qaldırmaq üçün faydalıdır.
“Ən oturaq insanlar gündəlik gəzintilər etsəydilər, onlar 10 il daha çox yaşaya bilərdilər və orta ömür indeksi beş il artardı - 78,6 yaşdan demək olar ki, 84 yaşa qədər”, - deyə, Pavlova vurğulayıb.