Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir

Nizami rayonunda zəbt olunan məktəb ərazisində
Gündəm 24-03-2025 - 20:28
 690

Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Ajans.az xəbər verir ki, bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir. 

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün öncə tikinti ilə bağlı məlumat vermişdik. Son vəziyyət isə budur. Tikinti hələ də davam edir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: