Nadir bir xəstəlik səbəbiylə kişinin dərisi gümüşü rəngə ÇEVRİLDİ - FOTO

Nadir bir xəstəlik səbəbiylə kişinin dərisi gümüşü rəngə
Xəstəlik
Sağlamlıq 23-01-2025 - 17:32

Honq-Konqda 84 yaşlı kişi dərisi, gözləri və dırnaqları gümüşü rəngə çevrildikdən sonra xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə ScienceAlert məlumat verib.

Kişi sidik yollarının tıxanması səbəbindən müalicə olunurdu, lakin qeyri-adi dəri tonunun səbəbi başqa idi. Testlər onun orqanizmində gümüşün konsentrasiyasının normadan 40 dəfə çox olduğunu göstərib. Xırda metal hissəcikləri xəstənin dərisinə sızaraq ona gümüşü rəng verib.

Bu nadir xəstəlik argiroz adlanır və adətən sağlamlığa ciddi təhlükə yaratmır. Dərinin sağlam rəngini bərpa etmək üçün effektiv üsullar yoxdur. Gümüşün xəstənin bədəninə necə daxil olduğu da müəyyən edilməmişdir. Məlumdur ki, o, tərkibində bu metal olan məhsullardan istifadə etməyib və çətin ki, iş yerində onunla qarşılaşsın.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: