Moskva restoranında DƏHŞƏTLİ VİRUS: Ora getmədən öncə iki dəfə DÜŞÜNÜN
![Moskva restoranında DƏHŞƏTLİ VİRUS:](https://ajans.az/uploads/images/202502/image_940x_67ac9ae49c593.webp)
Moskvanın “The Bull” restoranında E. coli aşkar edilib.
Ajans.az xəbər verir ki, bu barədə “Shot Proverka” Telegram kanalı məlumat yayıb.
Mütəxəssislər ziyarətçilərdən birinin zəhərlənməsindən sonra müəssisənin ərazisinə baxış keçirməyə gəliblər. Ərazidə bir sıra sanitar normaların pozulması halları, o cümlədən etiketin, temperatur ölçən cihazların, qida məhsullarının saxlanma şəraitinin olmaması aşkar edilib.
Nümunələr götürüldükdən sonra iaşə müəssisəsində koliform bakteriyaların olduğu aşkar edilib. Eyni zamanda, digər mikroorqanizmlərin sayı normadan artıqdır.