Səhər yeməyində bu qidalardan qaçın!
Səhər yeməyində bu qidalardan imtina etmək lazımdır.
Ajans.az xəbər verir ki, bunu qastroenteroloq Valeriya Lomova deyib. O bildirib ki, acqarına qəhvə içmək sağlamlığa ziyandır.
Çünki qəhvə acqarına içildikdə mədə selikli qişasını qıcıqlandıra, ürək yanması və ya xoraya səbəb ola bilər.
Həkim həmçinin qeyd edib ki, səhər yeməyində karbohidratdan da uzaq durmaq lazımdır. Buna çörək, xəmir və s. daxildir.