Ukraynalılar Polşanı kütləvi şəkildə tərk edir
![Ukraynalılar Polşanı kütləvi şəkildə](https://ajans.az/uploads/images/202502/image_940x_67aa04770e329.webp)
Ukraynalı qaçqınlar Qərbi Avropanın daha zəngin ölkələrində həyat şəraitlərini yaxşılaşdırmaq üçün Polşanı tərk edirlər.
Ajans.az xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat dərc edib.
Bundan əvvəl Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarında ukraynalı qaçqınların kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başladığı ortaya çıxıb. Bildirilir ki, 2024-cü ilin sonunda Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayır ki, bu da Avropa İttifaqına köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci ildəki 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb. Çexiyadakı ukraynalıların sayında da artım olub, 379 min nəfərə çatıb.