Ukraynada həyəcan təbili ÇALINDI

Ukraynada həyəcan təbili
Sevastopol
Dünya 26-12-2024 - 12:43

Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya şəhərinin qubernatoru Mixail Razvojayev özünün Telegram kanalında məlumat verib.

“Hər kəsin diqqətinə! Hava hücumu xəbərdarlığı!”, – deyə mer təhlükə siqnalı ilə videonun altına yazıb. Siyasətçi başqa təfərrüatları açıqlamayıb.

Bundan əlavə, Krım körpüsündəki vəziyyəti işıqlandıran Telegram kanalı obyektdən keçən nəqliyyatın müvəqqəti olaraq bağlandığını bildirib.

"Körpüdə və yoxlama zonasında olanlardan sakit olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələri xahiş olunur", - mesajda deyilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: