Ukraynada 600 mindən çox rus əsgəri ölüb və ya yaralanıb - NATO
Ukraynadakı müharibədə 600 mindən çox rus əsgəri ölüb və ya yaralanıb.
Ajans.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinin məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
O bildirib ki, Rusiya prezidenti Putin xarici dəstək olmadan Ukraynaya hücumunu davam etdirə bilmir.
NATO-nun hesablamasına görə, müharibəyə cəlb edilən rus hərbçilərin sayı təxminən bir il ərzində iki dəfə artıb.