Türkiyədə şagirdlər ağır qəzaya düşdü

Türkiyədə şagirdlər ağır qəzaya düşdü
Dünya 20-03-2025 - 20:52

Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda məktəb avtobusu qəzaya uğrayıb. Şagirdləri daşıyan nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb.

Ajans.az bildirir ki, hadisə nəticəsində avtobusda olan 26 şagird və sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

PAYLAŞ: