İsrail ordusu Qəzzaya zərbələr endirib: ölənlər var

İsrail ordusu Qəzzaya zərbələr endirib:
İsrail, Qəzza
Dünya 22-12-2024 - 15:13

İsrailin Qəzza zolağında bir neçə şəhərə endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb.

Məlumata görə, 6 nəfər Fələstin anklavının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərində evin bombalanmasının qurbanı olub. Xan Yunis mərkəzinin atəşə tutulması nəticəsində cənubda daha iki nəfər həlak olub.

PAYLAŞ: