Trampla Kanada hökuməti razılığa gəldi

Trampla Kanada hökuməti
Gündəm 28-03-2025 - 21:14

ABŞ Prezidenti Donald Tramp və Kanadanın yeni baş naziri Mark Karni bir çox məsələlərdə razılığa gəliblər.

 Ajans.az xəbər verir ki, Amerika lideri söhbət barədə Truth sosial şəbəkədəki səhifəsində yazıb.

"Biz bir çox məsələlərdə razılığa gəldik və Kanadada keçiriləcək seçkilərdən dərhal sonra həm ABŞ, həm də Kanadaya fayda verəcək siyasət, biznes və digər məsələlər üzərində işləmək üçün dərhal görüşəcəyik", - deyə o bildirib.

PAYLAŞ: