Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul həbs edilib

Gündəm
28-03-2025 - 20:38
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 20 sutka həbs olunub.
Ajans.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Kişinyov məhkəməsi müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Qutsul bir neçə gün öncə Kişinyov aeroportunda saxlanılmışdı. O, Rusiya və Türkiyə liderlərinə məktub yazaraq, dəstək istəmişdi.