Dəhşətli xəstəlikdən ölənlərin sayı 359 nəfəri ÖTDÜ
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) bazar ertəsi verdiyi məlumata görə, yanvar-sentyabr ayları arasında ölkədə vəbadan 359 nəfər ölüb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə vəba ilə bağlı ölümlərin 239 faiz artdığını ortaya qoyub.
Ajans.az xəbər verir ki, kənd yerlərində və şəhər gecəqondularında təmiz içməli suyun qıt olduğu Nigeriyada su ilə yoluxan vəba geniş yayılıb.
NCDC ötən ilin eyni dövründə bu rəqəmin 106 olduğunu bildirib.
Şübhəli vəba hallarının sayı da 3387-dən 10837-yə yüksəlib. Bu halların əksəriyyəti beş yaşından kiçik uşaqlardır.