Vəzifəyə yeni təyin olunan bələdiyyə başçısı ÖLDÜRÜLDÜ

Vəzifəyə yeni təyin olunan bələdiyyə başçısı
Dünya 07-10-2024 - 22:43

Meksikanın Gerrero əyalətinin Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəyə gəldikdən 6 gün sonra öldürülüb.

Ajans.az Meksika Dövlət Prokurorluğuna istinadən xəbər verir ki, istintaqın gedişi və şübhəlilər barədə məlumat verilməyib. Sosial mediadakı son paylaşımlarında Arcosun vəzifəyə gəldikdən dərhal sonra işə başladığı bildirilib.

Meksikada iyunun 2-də keçiriləcək seçkilər öncəsi ən azı 6 dövlət vəzifəsinə namizəd öldürülüb. 2006-cı ildə hökumətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə ordu göndərməsindən sonra Meksikada 450 mindən çox insan öldürülüb, on minlərlə insan itkin düşüb.

PAYLAŞ: