Qurban Qurbanov: "Oyuna yaxşı hazırlaşa bilməmişdik"

Qurban Qurbanov:
Gündəm 28-03-2025 - 23:36

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün "Turan Tovuz"un qonağı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

 Ajans.az xəbər verir ki, o, 4:1 hesablı qələbəni belə dəyərləndirib:

"Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı hazırlaşa bilməmişdik. Son iki günə qədər 8-9 oyunçu ilə məşq etmişdik. 12 futbolçumuz milli komandalarda idi. Burada oynamaq xoş oldu. Texniki səhvlər çox olsa da, futbolçuların mübarizə əzmindən razı qaldım".

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: