İsrail hökumətinə olan etibarımızı itiririk - Bayden

İsrail hökumətinə olan etibarımızı itiririk -
Dünya 08-10-2024 - 22:34

ABŞ prezidenti Co Bayden administrasiyası Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən İsrail hökumətinə olan etibarını itirir.

"Ajans" xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmilərə istinadən məlumat verib.

Qeyd olunur ki, Amerika liderinin administrasiyası İsrailin İrandan raket hücumlarına cavab verməsinin əleyhinə deyil, cavabın təmkinli olmasını istəyir.

“Bizim israillilərə inamımız hazırda çox aşağıdır və bunun yaxşı bir səbəbi var”, - nəşrin mənbələrindən biri deyib.

İki ABŞ rəsmisi həmçinin bildiriblər ki, danışıqlar zamanı Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İsrailin strateji işlər naziri Ron Dermerə deyib ki, ABŞ İsraildən İrana cavab vermək planları ilə bağlı “aydınlıq və şəffaflıq” gözləyir.

PAYLAŞ: