Tramp onu administrasiyaya gətirdi: Bu prezidentin ən böyük səhvi OLA BİLƏR

Tramp onu administrasiyaya gətirdi: Bu prezidentin ən böyük səhvi
Tramp,Kennedi
Dünya 15-11-2024 - 11:23

Tramp administrasiyasında Səhiyyə Nazirliyinin rəhbəri postunu alan ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi ABŞ-də bütün xroniki xəstəliklərə son qoyacağını və korrupsiya ilə mübarizə aparacağını vəd edib.

Ajans.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

“Bizim xroniki xəstəliklər epidemiyasına son qoymaq üçün elm, tibb, sənaye və hökumətin ən böyük ağıllarını bir araya gətirmək imkanımız var. Biz birlikdə korrupsiyadan qurtulacağıq”, - deyə Kennedi bildirib.

Kennedi həmçinin vurğulayıb ki, şöbəyə rəhbərlik etdiyi müddətdə Birləşmiş Ştatlar “qızıl standartının zəngin ənənəsinə” qayıdacaq, onun əsasında elmi və dəlillərə əsaslanan qərarların qəbul edilməsini müəyyənləşdirib. O, əmin edib ki, məqsədi bir daha amerikalıları dünyanın ən sağlam insanları etməkdir.

Bundan əvvəl “Bloomberg”in təsisçisi və rəhbəri Maykl Blumberq Kennedinin administrasiyaya təyin edilməsi ilə bağlı xəbərdarlıq etmişdi. Onun fikrincə, bu, Tramp üçün fəlakətli səhv ola bilər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: