Tramp Harrisdən IQ testi verməsini tələb etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin IQ testindən keçməli olduğunu deyib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, rəqibinin İQ səviyyəsi çox aşağıdır və izah edir ki, amerikalı jurnalist Anderson Kuperlə müsahibədə ən sadə suallara birbaşa cavab verə bilməyib.
"Kamala çox aşağı IQ-yə ssahib insandır, onun IQ-su çox aşağıdır. Mən testlərin keçirilməsinin tərəfdarıyam. Prezidentliyə namizədliyini irəli sürən hər kəs imtahan verməlidir. Kamala imtahan verməlidir, çünki çatışmayan bir şey var .Onda nəsə səhv var”, - Tramp deyib.