Təsadüf nəticəsində 15 milyon manat QAZANDI!

Təsadüf nəticəsində 15 milyon manat
Lotoreya
Dünya 24-10-2024 - 12:06

ABŞ-də bir kişi avtomat xarab olduğu üçün uduşlu lotereya bileti alıb.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ yerli mətbuatı məlumat verib.

İllinoys sakini ərzaq almaq üçün supermarketə gedib. Kişi alış-veriş etdikdən sonra avtomatdan lotereya bileti almağa qərar verib. Bunu əvvəllər də tez-tez edib. Lakin aparat xarab olduğundan adətən iştirak etdiyi lotereya üçün bilet seçə bilməyib. Maşın Lotto biletinə ilişib. Ona görə də qismətinə nə düşübsə, onu alıb.

Ertəsi gün nəsə qazanıb-udmadığını yoxlamaq qərarına gələndə şoka düşüb. Bilet ona 9,2 milyon dollar (təxminən 15.6 milyon manat) cekpot qazandırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: