Suriyadakı eskalasiyanın arxasında kimin dayandığı AÇIQLANDI
Suriyada fəaliyyət göstərən “Həyat Təhrir əş-Şam” ABŞ və İsrailin planlarına xidmət edir.
Ajans.az xəbər verir ki, Qaziantep Universitetinin müəllimi Dr. Əli Fuat Gökçe bu barədə Türkiyənin “Aydınlık” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, silahlıların Hələbə hücumunun vaxtı İDF-nin Hizbullahdan məğlubiyyəti ilə üst-üstə düşüb.
İsrailin Hizbullahla mübarizədə məğlub olduğu və atəşkəsin qüvvəyə mindiyi gün HTŞ bölmələri fəaliyyətə başlayıb. Onlar ilk növbədə Hizbullah üçün kritik marşrut olan Hələbi ələ keçirmək istəyirlər. Görünən odur ki, ABŞ-nin nəzarəti altında olan HTŞ İsraili qorumaq üçün hərəkət edir ”.
Qeyd edək ki, noyabrın 29-da Suriya prezidenti Bəşər Əsədə müxalif silahlı qrupların ölkənin iki ən böyük şəhərindən biri olan Hələbin mərkəzinə soxulduğu bildirilmişdi. Noyabrın 30-da məlum olub ki, terrorçu qruplaşmalar Hələbin 75%-ni işğal ediblər .