Şəhərə basqın edib, insanları qətlə yetirdilər

Dünya
07-03-2025 - 10:28
Cənubi Amerikanın Ekvador ölkəsində qiyam törədilib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Quayaquil şəhərində dəstələr arasında baş verən qarşıdurmada 22 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırmalara başlanılıb. Polis hücumlarda "Los Tiguerones" adlı mütəşəkkil cinayətkar dəstəni günahlandırıb.