Sağlam qida sayılsalar da, böyrəkləri sıradan çıxara bilərlər - HƏKİM AÇIQLADI
Hətta sağlam qidalar da normada istehlak edilməlidir, çünki onların bəziləri böyrəklərə zərər verə bilər.
Ajans.az xəbər verir ki, bu sözləri uroloq Artur Boqatırev deyib.
Həkimin sözlərinə görə, qoz-fındıq, çuğundur, turşəng, kəpək, ispanaq və avokado ümumiyyətlə faydalı ola bilər, lakin böyrəklər üçün zərərlidir, çünki bu qidaların tərkibində çoxlu miqdarda oksalatlar var.
Mütəxəssis qeyd edib ki, ət, yağ, qəhvə və çayın həddindən artıq istehlakı da böyrəklərə zərər verə bilər.
Orqanizmdə həddindən artıq duz qəbulu su-duz balansını pozur, mayenin bədəndə saxlanmasına səbəb olur. Buna görə də duz istehlakı da məhdudlaşdırılmalıdır. O, həmçinin çips, kartof qızartması və şokoladdan uzaq durmağı tövsiyə edib.