Nə İspaniya, nə də Argentina: Melaniya Tramp seçimiylə gündəm oldu
ABŞ-nin birinci xanımı Melaniya Tramp FIFA 2026 Dünya Kubokunun finalını izləyərkən seçdiyi geyimlə diqqət mərkəzinə düşüb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla birlikdə Nyu-Cersi ştatındakı MetLife stadionunda keçirilən İspaniya – Argentina finalını tribunadan izləyib.
56 yaşlı birinci xanım tədbir üçün ağ şalvar və köynək, həmçinin ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərini əks etdirən detallarla işlənmiş qəhvəyi gödəkçə seçib. Xarici KİV-in qiymətləndirməsinə görə, bu seçim onun nə İspaniyanı, nə də Argentinanı dəstəklədiyini nümayiş etdirərək neytral mövqeyini əks etdirib.
Finaldan əvvəl Melaniya və Donald Tramp stadionun VIP lojasında Meksika Prezidenti Klaudiya Şeynbaum və FIFA prezidenti Canni İnfantino ilə bir araya gəliblər.
Donald Tramp daha sonra mükafatlandırma mərasimində də iştirak edib. FIFA prezidenti Canni İnfantino əvvəlcədən ABŞ prezidentinin Dünya Kubokunu qalib komandanın kapitanına şəxsən təqdim edəcəyini açıqlamışdı.
Ağ Evin mətbuat katibi Kerolin Livitt isə bildirib ki, prezidentin finaldakı iştirakı ABŞ-da keçirilən turnirin yaddaqalan yekununa çevriləcək.